Müəssisələrdə kompyuterlərin sayı 18.7 faiz artıb
Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərin (kənd təsərrüfatı və işçilərinin sayı 5 nəfərdən az olan ticarət müəssisələri istisna olmaqla) 62.9 faizində ümumilikdə 173.6 min ədəd kompyuter var. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikada müəssisələrdəki kompyuterlərin mövcudluğu ilə bağlı sorğu aparan komitədən bildirilib ki, 2010-cu illə müqayisədə ötən il kompyuterdən istifadə edən müəssisələrin sayı 7809-dan 10221-ə yüksəlib.
Onlarda olan kompyuterlərin sayı isə 18.7 faiz artıb. Son bir il ərzində kompyuterlərin artımında ən yüksək səviyyə daşınmaz əmlakla əlaqədar sahədə olub. İlin əvvəlinə təhsil ocaqlarında 60.0 min ədəd kompyuter mövcud olmaqla, əvvəlki illə müqayisədə 14.5 faiz artıb.
Ölkənin regionları üzrə kompyuterlərin sayı Abşeron iqtisadi rayonunda 14.9 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 20.4 faiz, Şəki-Zaqatala iqtisadi rayonunda 21.7 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda 16.3, Aran iqtisadi rayonunda 16.6 faiz, Dağlıq-Şirvan iqtisadi rayonunda 17.6 faiz, Naxçıvan iqtisadi rayonunda isə 21.1 faiz artıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL