waplog

“Azərsu” rəsmi internet saytında əhaliyə verilən su mənbələri ilə bağlı interaktiv xəritə yerləşdirib


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəsmi internet saytında xüsusi interaktiv xəritə yerləşdirilib. Xəritədə Azərbaycanın 60 inzibati rayonu üzrə ASC tərəfindən xidmət göstərilən abonentlərlə bağlı məlumatlar yer alıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qurumdan bildirilib ki, xəritədə hər bir rayon üzrə xidmət olunan yaşayış məntəqələrinin sayı, xidmət göstərilən abonentlərin sayı, su anbarları, su xətləri, o cümlədən magistral və məhəllədaxili xətlərlə bağlı məlumatlar, eləcə də kanalizasiya şəbəkəsi barədə informasiyalar yerləşdirilib.

İnteraktiv xəritə su mənbələrini də əks etdirir ki, buradan istənilən əraziyə suyun hansı mənbələrdən daxil olduğunu da müəyyənləşdirmək olar: “49498 nəfər abonentə xidmət göstərilən Abşeron rayonu üzrə əsas su mənbələri Ceyranbatan, I və II Bakı su kəmərləridir”.


 
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL