“Microsoft” 1 saniyəyə 7 lisenziya satır
Los-Anceles şəhərində keçirilən “Worldwide Developer Conference” (WPC) 2011 çərçivəsində “Microsoft” korporasiyasının icraçı direktoru Stiv Balmer lisenziyaların satışları üzrə yeni statistikanı bəyan edib. O, “Windows 7” əməliyyat sisteminin 400 milyondan və “Office 2010” paketinin 100 milyondan çox surətlərinin satıldığını bildirib.
“Office 2010” “Microsoft” tarixində paketin ən sürətli satılan versiyasıdır. 2 həftə əvvəl şirkət müəssisələrə “Office”-in “bulud” funksionallığını verən “Office 365” xidmətini təqdim edib. Bu gün “Office 365”-dən artıq 50 mindən çox müəssisə istifadə edir. " Office 2010” keçən il çıxıb. Biz artıq 100 milyondan çox lisenziya satmışıq. Bu, sadəcə inanılmazdır" - cənab Balmer qeyd edib. Bununla belə “Microsoft”dan Brendon LeBlan əlavə olaraq qeyd edib ki, “Windows 7” satışlarının tempi azalmayıb və əvvəlki kimi saniyəyə 7 lisenziya təşkil edir. “İnternet Explorer 9” səyyahında da hazırda eyni göstəricidir. “Net Applications”un məlumatına görə, “Windows 7” əməliyyat sistemi 2011-ci ilin iyun ayında dünyadakı bütün fərdi kompyuterlərin 27,13%-nə quraşdırılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL