RİTN-də “Elektron Hökumət” üzrə seminar keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Koreya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı əməkdaşlığı çərçivəsində "Elektron hökumət" üzrə seminar keçirilib. Seminarda Koreya tərəfindən Xarici İşlər və Ticarət Nazirliyinin 3-cü katibi xanım Jung Ji-Seungun və Hökumətin innovasiyası və mərkəzləşdirilməsi üzrə prezident yanında elektron hökumət komitəsinin üzvü və əsas məsləhətçisi, Cunbuq Dövlət Universitetinin professoru cənab Kim Sanq-Ookun rəhbərliyi ilə informasiya texnologiyaları üzrə mütəxəssislərdən ibarət nümayəndə heyəti, Azərbaycandan isə dövlət qurumlarının nümayəndələri iştirak edib. Seminarın keçirilməsində məqsəd Koreyanın informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi və qarşılıqlı fikir mübadiləsinin aparılmasıdır.
Seminarı giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilk öncə nazir Əli Abbasovun salamlarını seminar iştirakçılarına çatdırdı. Koreya ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, informasiya və kommunikasiya texnologiyaları sahəsində də əməkdaşlığın mövcudluğunu söyləyən nazir müavini Koreyanın "Elektron hökumət" sahəsində çoxillik təcrübəsinin və inkişaf yolunun Azərbaycan üçün əhəmiyyətli olduğunu söylədi. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri qısa şəkildə diqqətə çatdıran E.Vəlizadə seminarın işinə uğurlar dilədi.
Cənab Sanq-Ook Kim seminarın keçirilməsinin məqsədi haqqında qısa məlumat verərək Koreyanın qazandığı böyük uğurları hər bir kəslə paylaşmağa hazır olduqlarını dedi. Koreyada informasiya texnologiyalarının inkişafı və gələcək perspektivləri ilə bağlı Dövlət proqramlarının qəbul edildiyini və bütün işlərin uğurla davam etdiyini bildirdi.
Seminarda Koreyadan gələn İT üzrə mütəxəssislərin müxtəlif mövzularda məruzələri dinlənildi. Daha sonra Azərbaycanın dövlət qurumlarının İT üzrə mütəxəssisləri ilə fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL