waplog

2020-ci ildə Yaponiyada nə baş verəcək?


Yaponiya hökuməti ölkə ərazisində avtomobillərin avtomatik idarə olunması sisteminin genişmiqyaslı tətbiq edilməsi üzrə layihənin həyata keçirilməsinə başlamaq niyyətindədir.

Belə ki, 2020-ci illərin əvvəllərində Yaponiyada avtomobillərin avtopilotlar vasitəsilə hərəkət edilməsi nəzərdə tutulub. Avtopilotlar avtomobilləri insan köməyi olmadan yüksək sürətlə təyinat nöqtəsinə çatdıra biləcəklər. Bu istiqamətdə aparılacaq tədqiqatlar bu ayın sonunda başlanacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” bildirir ki, avtomatik idarəetmə sisteminin sərnişinlərin rahatlığını daha da  artıracağı, tıxacların sayını azaldacağı və bir çox yol-nəqliyyat hadisələrinin qarşısını alacağı güman edilir. Bundan əlavə, avtomatik idarəetmə sistemi Yaponiya üçün aktual məsələ olan eniş və yoxuşlarda yaranan tıxac problemini həll edəcək. Sürücülər orada vahid sürəti çətinliklə saxlaya bilirlər və tez-tez yol-nəqliyyat hadisəsi baş verir.

Avtopilot tamamilə sərbəst hərəkət edəcək – sərnişin yalnız təyinatın nöqtəsini seçəcək.
Həmçinin ötən il Yaponiyanın ərazisində tıxac və qəzalar haqqında məlumatların simsiz ötürülməsi şəbəkələri quraşdırılıb.

Bütövlükdə infrastruktur avtopilotun tətbiq edilməsinə hazırdır, yalnız avtomobil və dispetçer qovşaqları üçün avadanlıqları hazırlamaq qalıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL