waplog

“Hewlett-Packard” 2014-cü ilin sonunadək ticarət memristorunun istehsalına söz verib


“Hewlett-Packard” (HP) şirkətindən verilən məlumata görə,  memristor texnologiyası əsasında hazırlanacaq ilk aparat həlləri 2014-cü ilin sonunda istehsal ediləcək. Məlumatların memristor əsasında saxlanılması üçün nəzərdə tutulmuş yeni aparat həllərinin istehsalı daha effektiv server və işçi stansiyaların yaradılması üçün imkanlar yaradacaq. Nəticədə server və işçi stansiyalar daha böyük hesablama imkanlarına malik olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, memristor əsasında hazırlanacaq çiplərin planlaşdırılmış istehsalı haqqında məlumatı bu günlərdə Kaliforniyada keçirilən konfransda “HP” şirkətində bu istiqamətin rəhbəri Sten Uilyams bildirib.

"Memristor mövcud analoqlarla müqayisədə informasiyanın saxlanılması üçün daha böyük imkanlara malikdir. “HP” şirkətinin  memristor texnologiyalarından istifadə edərək, biz alıcılara yeni enerjiyə qənaət edən qurğuları daha sürətli təklif edə biləcəyik" – “Hynix”-in elmi araşdırmalar və hazırlamalar üzrə icraçı vitse-prezidenti doktor S.V.Park bildirib.

Memristorların iş prosesi üçün az enerji tələb olunur, onlar müasir daşıyıcılardan daha sürətlidir və informasiyanı hətta qida mənbəyi olmadıqda belə saxlaya bilər. Memristor (ing. "memory resistor" – "yaddaş rezistoru") elektrik sxeminin dördüncü əsas elementi kimi 1971-ci ildə Kaliforniya Universitetinin professoru Leon Çuan tərəfindən təklif edilmişdi və ilk dəfə təcrübədə 2006-cı ildə “HP Labs” tərtibatçıları tərəfindən reallaşdırılıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL