Lənkəranda elektron xidmətlərin təqdimatı keçirilib
İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə sahibkarlar üçün elektron xidmətlərin növbəti təqdimatı iyulun 12-də Lənkəranda keçirilmişdir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və 100-ə yaxın sahibkar iştirak etmişdir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat vermişdir.
Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır.
Bölmədə nazirlik tərəfindən verilən lisenziyalar və sertifikatlar, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması, xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilmiş, göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların real vaxt rejimində elektron formada ödənilməsi təmin olunmuşdur.
Tədbirdə icazələrin elektron informasiya portalı (http://www.icazeler.gov.az/) barədə də məlumat verilmiş, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Bu internet saytı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara fəaliyyəti növündən asılı olaraq tələb edilən icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır. Saytda yaradılmış “Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” bölməsi vasitəsilə sahibkarlar məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında birbaşa iştirak imkanı da əldə edəcəklər.
Beynəlxalq Maliyyə Korporasiyasının “İnvestisiya mühiti layihəsi”nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (http://www.yoxlama.gov.az/), “Minimax” şirkətinin nümayəndələri Cavid Xəlilov isə “http://www.biznesinfo.az/” internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı məlumat vermişdir.
Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin əməkdaşı Əfqan İmanzadə sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlarla çıxış etmişdir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil Süleymanov Konfederasiya tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatı diqqətə çatdırmışdır.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL