Nyu-York şəhərindəki taksofonlar “Wi-Fi” çıxış nöqtələri kimi fəaliyyət göstərəcək
Nyu-Yorkda şəhər telefonlarının “Wi-Fi” hot-spotlara çevrilməsi üzrə pilot layihə həyata keçirilməyə başlayır. Taksofonların interneti pulsuz paylayacağı gözlənilir. “GigaOm” bildirib ki, rabitə modulları əvvəlcə şəhərin 3 rayonunda yerləşdirilmiş 10 telefon köşkündə quraşdırılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, taksofonlar simsiz siqnalı 100 metrə qədər paylaya bilən güclü antenalarla təchiz olunub. Taksofonların quraşdırılması ilə “Van Wagner Communications” şirkəti məşğul olacaq. Bir “Wi-Fi” modulun qiyməti 2 min dollar təşkil edir.
Əgər layihə uğurlu olsa, çıxış nöqtəsilə 13 min taksofon təchiz ediləcək. Hazırda Nyu-York hakimiyyəti məktəb, kitabxana və qocalar evini “Wi-Fi” ilə təmin edir, “AT&T” rabitə operatoru isə şəhər parklarının əksəriyyətində simsiz internetə qoşulmaq imkanı yaradır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL