“3D” ev (VİDEO)
Hələ bu yaxınlarda “3D” printerdə çap edilmiş plastik fiqur ideyası hamını təəccübləndirmişdi. Hazırda isə “D-Shape” adlı nəhəng printerdə bütöv evi "çap etmək" olar. Belə ki, italiyalı Enriko Dini evlərin qurulmasının avtomatlaşdırılmış sistemini hazırlayıb. Sistem “3D” printer prinsipi üzrə işləyir.
“ICTnews.az” elektron xəbər xidməti “http://it-news-world.ru/” saytına istinadən bildirir ki, “çap” edilmiş evin qurulması üçün işçi material kimi qum və qeyri-üzvi qatı birləşmə tələb olunur. Onlardan əldə olunan material göstəricilərinə görə heç də dəmir-betondan geri qalmır. “3D-Shape” printeri vasitəsilə istənilən formada bina layihələşdirmək və qurmaq olar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL