Paytaxtda NGN tipli stansiyaların sayı artır
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq tədbirlər həyata keçirir. Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov “ICTnews” elektron xəbər xidmətinə məlumat verib.
Onun sözlərinə görə, proqramın tərkib hissəsi olaraq Binəqədi rayonu ərazisində yerləşən ATS-561/562/563-də, ATS-568/569/513-də, ATS-411-də və ATS-412-də genişzolaqlı internet xidmətinin tutumunun uyğun olaraq 96, 640, 560 və 192 port artırılması, Xətai rayonu ərazisində yerləşən ATS-371/372/373-ün xətt şəbəkəsinin optik kabel vasitəsilə qurulması və xidmətin təşkili məqsədilə 8128 nömrə tutumu olan 5 ədəd “ONU” istifadəyə verilməsi, Əhmədli qəsəbəsi Mehmandarov küçəsində tutumu 4475 nömrə olan 579 saylı stansiyanın NGN tətbiqi ilə qurulması təmin edilib.
Qeyd edək ki, BTRİB Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə ətraf kənd və qəsəbələrdə optik kabellərin çəkilişi və NGN tipli stansiyaların qurulmasını həyata keçirir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL