waplog

Londonlu tələbə dünyada ən sürətli idman ayaqqabıları ixtira edib


London İncəsənət kral kollecinin tələbəsi Fuzari Lyu sprinterlər üçün dünyada ən sürətli idman ayaqqabısı ixtira edib. "Qələbə üçün yaradılmış" - Fuzari öz ixtirasını belə adlandırıb.

“ICTnews.az” elektron xəbər xidməti “http://it-news-world.ru/” saytına istinadən bildirir ki, Fuzari əvvəlcə atletin pəncəsinin “3D” formasını düzəldir, bundan sonra “3D” printer vasitəsilə unikal model hazırlayır. Xammal kimi poliamid tozu istifadə olunur.

"Bu ayaqqabı marafon qaçışı üçün nəzərdə tutulmayıb. Ümumiyyətlə, onu 400 metrdən çox distansiyalarda istifadə etmək lazım deyil, çünki çox sərtdir. Lakin o, sprinterlər üçün idealdır" - Fuzari bildirib.

İdman ayaqqabısının hər birinin çəkisi 96 qram təşkil edir. Bu  ixtira sayəsində 100 metrlik distansiyanı qət etmə sürəti təxminən 0,35 saniyə azala bilər. Fuzari ixtirasını artıq London idmançıları üzərində sınaqdan keçirir və 2016-cı il Olimpiya oyunlarınadək onun təkmilləşdirilmiş versiyasını hazırlamağa ümid edir.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL