waplog

ƏƏSMN-də rəhbər şəxslər tərəfindən vətəndaşların distant formada qəbulu davam edib


2011-ci il və cari ilin birinci yarım ili ərzində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin digər rəhbər şəxsləri hər ay bir neçə dəfə müxtəlif  bölgələrdə olaraq, ümumilikdə 850 nəfərə yaxın vətəndaşı, həmçinin nazirlikdə yaradılmış VS (videokonfrans) sistemi vasitəsilə bölgələrdə yaşayan ayrı-ayrı vətəndaşları distant formada qəbul edib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yaşadıqları bölgələrdə vətəndaşların qəbulu, müraciətlərinin özlərinin iştirakı ilə araşdırılması nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir: “Vətəndaş qəbulları zamanı müraciətlərin araşdırılması ilə yanaşı, aztəminatlı ailələrin gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə cəlb olunmaq üçün malik olduqları potensiallar da ətraflı öyrənilib.

Eyni zamanda, Saray və Şaqan internat evlərində olduğu kimi, bütün sosial xidmət müəssisələrində müasir standartlara uyğun şəraitin yaradılması işlərinə başlanıb”.
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL