“Yahoo!” 500 min şifrənin “oğurlanması” faktını təsdiq edib
"Yahoo!" şirkəti istifadəçilərinin şifrələrinin "oğurlanması" faktını təsdiq edib. Bu barədə şirkətin rəsmi "Twitter" mikrobloqunda məlumat verilib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, mikrobloqda dərc edilmiş mesaja əsasən, hakerlər "Yahoo! Contributor Network" xidmətindən "köhnəlmiş" faylı "oğurlayıblar". Faylda "Yahoo!" və digər şirkətlərin (xidmətə "Google" və "Facebook" hesabları ilə də daxil olmaq mümkündür) təxminən 450 min loqin və şifrəsi yerləşir.
Məlumat üçün bildirək ki, şirkət sistemdəki boşluğu artıq aradan qaldırıb, zərər çəkmiş istifadəçilərin şifrələrini dəyişib və tərəfdaşlarına xəbərdarlıq edib. "Yahoo!" internet-şirkəti istifadəçilərindən üzr istəyib və onlara şifrələrini dəyişməyi tövsiyə edib.
Qeyd edək ki, iyulun 11-də "D33Ds Company" qruplaşmasından olan hakerlər "Yahoo!"-nun şifrələrini dərc ediblər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL