waplog

Okean dalğaları 10 mindən çox evi işıqla təchiz edəcək


Amerikanın müasir texnologiyalar istehsalçısı “Lockheed Martin” korporasiyası “Ocean Power Technologies” şirkəti ilə əməkdaşlıq çərçivəsində ən iddialı alternativ enerji layihələrindən birinin həyata keçirilməsinə hazırlaşır.

“ICTnews.az” elektron xəbər xidməti http://it-news-world.ru/ saytına istinadən bildirir ki, “Ocean Power Technologies” şirkətinin adından da təxmin etmək olar ki, söhbət okean dalğalarından əldə olunan enerjidən gedir. “PowerBuoy” layihəsi Avstraliyanın cənub sahilində həyata keçiriləcək.

Açıq dənizdə üzə bilən  bir neçə avtonom generatorlar quraşdırılıb. Stansiyanın ümumi gücü 19 Mvt təşkil edir. Layihə üçün Avstraliya hökuməti tərəfindən  67,6 milyon ABŞ dolları həcmində qrant ayrılıb. Layihənin reallaşması ilə 10 mindən çox ev enerji ilə təchiz ediləcək.
 



EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL