waplog

NASA maqnit qasırğası barədə xəbər yayıb


NASA günəşdən yerə güclü maqnit qasırğasının axını barədə xəbər yayıb. Qurum günəşdə baş vermiş güclü partlayışdan sonra qasırğanın neçə başladığının unikal kadrlarını qeydə alıb. Məlumata görə, parltayışdan əmələ gələn koronal kütlə saniyədə 1368 km sürətlə planetimizə doğru hərəkət edir.

Hesablamalara görə, kütlə bu gün Qrinviç vaxtı ilə 13.00, Bakı vaxtı ilə isə saat 17.00-də planetimizə çataraq, yerin maqnit sahəsində reaksiyaya səbəb olacaq. Bununla belə alimlər narahatlığa əsas olmadığını və qasırğanın elektrik şəbəkə və kommunikasiya sistemlərinin işində pozuntu yaratmayacağını bildirib.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev partlayışı təsirinin Azərbaycanda nə dərəcədə hiss olunacağına aydınlıq gətirib.

Günəşin maksimum fəalliyət nöqtəsinə yaxınlaşdığını deyən E.Babayev alışmaların təsirinin birbişa yerə yönəldiyini söyləyib. Eyni zamanda, o, günəşin ən çox təsir edəcəyi zonaya Azərbaycanın aid olmadığını da bildirib. Elçin Babayev günəşin bu fəaliyyətinin sağlam insanların səhhətinə təsir göstərməyəcəyini, sadəcə kiçik diskomfort yaradacağını qeyd edib.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL