İnternetdə şəklə görə emosiyalar müəyyən ediləcək
Fotodakı üzlərin müəyyən edilməsi proqram təminatı ilə məşhur olan istehsalçı onu təkmilləşdirib. İndi üz əzələlərinin vəziyyətinə görə 5 emosional hal təyin edilir.
Şəkildəki üzlərin müəyyən edilməsi üçün proqram təminatını hazırlayan “Face.com” şirkəti proqram funksionalına emosiyaların təyin olunmasını də əlavə edib. Əvvəllər “Face.com” proqramı yalnız təbəssümləri qeyd edirdi, indi isə üz əzələlərinin vəziyyətinə görə xoşbəxtlik, kədər, təəccüb, qıcıqlanma və neytral əhval-ruhiyyə müəyyən olunur.
Emosiyaların eyniləşdirilməsi hələ üzlərin müəyyən edilməsi kimi elə də məşhur deyil: ondan hələ ki üstünlüklə, məsələn, “Moodbattle” saytının yaradıcıları və ziyarətçiləri istifadə edirlər. “Face.com” üzdəki emosiyanın ifadə olunma dərəcəsini 100 ballıq şkala üzrə hesablayır və “Moodbattle” saytına öz şəklini göndərən insanlar bütün səyi ilə proqramı heyrətləndirmək istəyirlər. Bəzən sifətlər gülməli, bəzən isə dəhşətli alınır.
“Face.com” pulsuz olaraq üzləri müəyyən edən proqramların hazırlanması üçün APİ və saytlar üçün plaqinlər təklif edir. Şirkət həmçinin “Facebook” üçün “Photo Tagger” yaradıcısı kimi də məşhurdur. “Face.com” tərəfindən 6 aydan az müddətdə emal edilən şəkillərin sayı 18 milyardı ötüb; “Face.com” xidmətlərindən təxminən 20 min yaradıcı istifadə edir (bir istifadəçi 1 saata 5 min fotonu pulsuz emal edə bilər, əlavə üçün isə ödəmək lazımdır).
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL