Müqaviləyə görə telefonların şəbəkədən açılması ləğv edildi
Son vaxtlar ali hakimiyyət orqanlarına və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) abunəçilərlə müqavilələrin yenidən bağlanmamasına görə, telefonların şəbəkədən açılmasına dair ciddi narazılıqlar və şikayətlər daxil olur.
Bununla əlaqədar olaraq, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə birlik və müəssisə rəhbərlərinə tapşırıq verib: "Əksər hallarda abunəçilər müqavilələrdə göstərilən ünvanlarda telefonlardan istifadəni davam etdirir və yeni müavilənin bağlanmasına ehtiyac qalmır.
Göstərilənlər, həmçinin abunəçilərin çoxsaylı əsaslı müraciətləri, "Telefon rabitəsindən İstifadə Qaydaları"na RİTN-in 09.08.2007-ci il tarixli 135 saylı əmri ilə edilmiş əlavə və dəyişikliklərlə telefonların şəbəkədən açılmasına hüquqi baza yaradıldığı, abunəçilərlə əlaqələrin elektron xidmətlər əsasında qurulduğu nəzərə alınaraq və stasionar telefon rabitəsi xidmətlərindən istifadədə əhalinin rahatlığının artırılması, abunəçilərin hüquqlarının qorunması üçün əlavə tədbirlərin görülməsi məqsədilə abunəçilərlə müqavilələrin müddətsiz bağlanması və müqavilə bağlanmamasına görə telefonların şəbəkədən açılmaması təmin edilsin".
Bundan sonra, abunəçi ilə yeni müqavilənin bağlanması zərurəti yarandıqda, bu elektron formada həyata keçiriləcək.
Beləliklə, RİTN-in bu barədə verilən 08.02.2002-ci il tarixli göstərişi qüvvədən düşmüş hesab edilir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL