waplog

Alimlər ən yüngül material yaradıblar


Hamburqun Texniki və Kil universitetlərinin alimləri yeni fiziki material yaradıblar. Onların icad etdikləri və aeroqrafit adlanan material mövcud nümunələr arasında ən yüngülü hesab edilə bilər. Bundan əvvəl birincilik 99,99 faiz havadan ibarət və NASA tərəfindən kometa tozunun nümunələrini toplamaq üçün istifadə olunan aerogelə məxsus olub.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, aeroqrafit bir kubsantimetr üçün 0,2 milliqramdan da az sıxlığa malikdir. Bu göstərici aerogeldə 1 milliqram, metal mikrohörmədə (sintetik məsaməli metal material, penometalın ən yüngül forması) 0,9 milliqram təşkil edir.

Yeni maddə içiboş karbon nano və mikroçubuqlardan ibarətdir, materialın aşağı sıxlığı isə onu 1000 dəfə sıxmağa imkan verir, bundan sonra o əvvəlki formasını bərpa edir. Aerogellə müqayisədə aeroqrafit 35 dəfə çox yük daşıya bilir, eləcə də keçirici rolunu oynayır, bu isə ondan ultrayüngül və ultranazik batareyaların yaradılmasında istifadə etməyə imkan verir.

Aeroqrafitin kommersiya tətbiqinin planlaşdırılması, eləcə də qiymətinin nə qədər olacağı barədə məlumat hələlik verilmir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL