waplog

Xərçəng əleyhinə super kompyuter yaradılıb


Yapon alimləri daha bir yeniliyə imza atıblar. Onların bu dəfəki uğuru dünyanı cənginə almış xərçəng xəstəliyinin müalicəsi ilə bağlıdır.
 
Qabaqcıl elmi qurum kimi şöhrət qazanmış Riken Yaponiya Dövlət Elmi Tədqiqat İnstitutunun “K Computer” superkompyuteri xərçəng xəstəliyinə qarşı dərman preparatının hazırlanmasına kömək edəcək.
 
Qeyd edək ki, sözügedən kompyuter Top’500 superkompyuter üzrə dünya reytinq cədvəlinin ön pillələrində qərarlaşıb.
 
Tokio Universiteti mütəxəssisləri iddia edirlər ki, “K Computer” xərçəng hüceyrələrinin qarşısını alan molekulları yaradan atomların hərəkətini hesablamağa imkan verəcək. Bu haqda məlumat “Computerworld” jurnalında dərc olunub.
 
Kompyuter üçün nəzərdə tutulan müvafiq proqram Stokholm Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Hazırda alimlər yaponiyalı həmkarları ilə birgə sazlama işlərini həyata keçirirlər.
 
Yeni xərçəng əleyhinə preparatın konsepsiyasının 2013-cü ilin martında hazır olacağı gözlənilir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL