Planşet tədarüklərinin həcmi təxminən 15 faiz azalıb
“Digitimes Research” şirkətində çalışan ekspertlərin məlumatına əsasən, 2012-ci ilin ikinci rübünün nəticəsinə görə müqavilə əsasında çalışan istehsalçılar (“ODM” və “OEM”) xarici brend tərəfdaşlarına ümumilikdə 20,07 milyon planşet fərdi kompyuter tədarük ediblər.
Bu göstərici cari ilin birinci rübü ilə müqayisədə 14,9 faiz azdır. Müqavilə əsasında çalışan istehsalçılar 6 ay ərzində ümumilikdə 39,5 milyon planşet fərdi kompyuteri tədarük ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 20.07 milyon planşetin 15 milyonu “iPad” (“Apple”) planşetinin, 5,07 milyonu isə digər istehsalçıların payına düşür.Planşetlərin əksər hissəsi Tayvanın “ODM” və “OEM” şirkətləri tərəfindən istehsal edilib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL