waplog

İranla Azərbaycan arasında rabitə sahəsində problem yoxdur


“İranla Azərbaycan dövləti arasında rabitə sahəsində problem yoxdur”. “ICTnews” elektron  xəbər xidmətinin məlumatına görə, bu barədə jurnalistlərə  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

O qeyd edib ki, nazirliyin elektron monitorinq sistemləri göstərir ki, bu sahədə heç bir problem yoxdur: “Hesab edirəm ki, hər iki tərəfdən də maneələr, məhdudiyyətlər yox dərəcəsindədir. Bu istiqamətdə İranla aktiv işləyirik. İran müəyyən qədər Azərbaycanın internet xidmətlərini istehlak edən ölkədir”.

Nazir qeyd edib ki, son zamanlar İranla Azərbaycan arasında sərhədboyu ərazilərdə verilişlərin yayımında əldə olunan razılıq çərçivəsində bu istiqamətdə də heç bir problem yoxdur: “Sərhəd bölgələrimizdə İranın radio və televiziyası, İranda isə bizim  radio və televiziyalar yayımlanır ki, bu da beynəlxalq hüquq çərçivəsində tənzimlənir”.



RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL