Bill Qeytsin 11 qızıl qaydası
“Microsoft” şirkətinin yaradıcısı, məşhur milyarder Bill Qeyts məktəbdə tədris olunmayan 11 fakt haqqında söhbət açıb. Milyarderin əsas ideyası ondan ibarət idi ki, uşaqların siyasi nəzakət mühitində tərbiyə olunması onları reallıqdan ayırıb və gələcəkdə sərt dünyada yaşaya bilməyən nəsil formalaşdırıb.
1.Həyat ədalətsizdir – buna adət edin.
2. Özünüqiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl, sizdən nailiyyət gözlənilir.
3. Siz məktəbi bitirən kimi ildə 60,000 ABŞ dolları qazanmayacaqsınız. Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız.
4. Əgər siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə, bu, hələ işin başlanğıcıdır. Sizin rəhbəriniz olacağı vaxtı gözləyin.
5. Qamburqer qızartmaq – ləyaqətinizi alçaldır? Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər. Onlar üçün qamburqer qızartmaq bu həyatdan yapışmaq üçün bir imkan olmuşdur.
6. Əgər sizdə heç bir şey alınmayıbsa, o zaman bu, sizin valideynlərinizin günahı deyil. Ona görə də, sızıldamaq lazım deyil, öz səhvlərinizi öyrənin.
7. Valideynlər sizə indi göründüyü kimi darıxdırıcı olmamışlar. Ola bilsin, sizin hər zaman qayğınıza qalmaq onları bu cür etmişdir? Onlar sizi yedizdirir, geyindirir və daim dinləyirlər ki, siz belə gözəlsiniz. Ona görə də, öz valideynlərinizin nəslini tənqid etməzdən əvvəl özünüzdən başlayın.
8. Ola bilsin, sizin məktəbdə uğursuz adamı uğursuz adlandırmaq nəzakətsizlik sayılır. Ola bilsin, sizin məktəbdə ümumiyyətlə uğursuz şagirdlər yoxdur – amma həyatda belə deyil.
9. Həyat semestrlərə bölünmür. Sizin yay tətilləriniz olmayacaq və sizin rəhbəriniz özünüzü tapmaqda sizə kömək etməyəcək. Bunu asudə vaxtınızda özünüz etməlisiniz.
10. Televizorda həqiqi həyat göstərilmir. Real həyatda bütün gün kafedə oturmaq və dostlarınızla boşboğazlıq etmək alınmayacaq.
11. “Botanik”lərlə nəzakətlə davranın. Onlardan biri məktəbi qurtardıqdan sonra sizin rəhbəriniz ola bilər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL