Kiçik elektron qurğular bədən enerjisi ilə işləyəcək
Son illərdə kiçik elektron qurğular idman məşqlərinin prosesini dəyişdirib. Onlar ürək döyüntüsünə nəzarət edir, sürəti və sərf olunmuş kalorinin miqdarını göstərir. Bütün bu kiçik qurğular tezliklə bədənin enerjisi ilə işləyəcək.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, əgər istifadəçi idman məşqlərindən boyun qaçırtmasa, o zaman kiçik elektron qurğular "TEG-wear" texnologiyası sayəsində enerji toplayacaq.
Bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşmış "Perpetua" şirkəti bazara bədənin istiliyini elektrikə çevirən çiplər tədarük edəcək. Bu çip hələ ki mobil telefonu enerji ilə doldurmaq iqtidarında deyil, lakin idman datçikləri və tibbi cihazlar üçün yararlıdır.2014-cü ilə qədər bu cür çip tətbiq edilmiş cihazlar satışa çıxarılacaq.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL