waplog

Bank sektoru sahəsində İT xərcləri il ərzində 5,2 faiz sürətlə artacaq


“IDC” analitik şirkətinin proqnozuna görə, 2010-cu ildən 2015-ci ilə qədər bank xidmətləri sahəsində İT xərclər il ərzində 5,2 faiz sürətlə artacaq. Analitiklər qeyd edirlər ki, bank sektoruna yatırılan investisiyaların həcmi böyükdür. Bu, xüsusilə kiçik bank seqmentində nəzərə çarpandır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ilədək Latın Amerikası və Yaxın Şərq bazarlarının bank sektoruna yatırılan İT investisiyanın həcmi 10 faiz təşkil edəcək.

"2012-ci ildə dünya iqtisadiyyatının vəziyyəti əvvəlki kimi çətin olaraq qalacaq. Nəticədə bankların əksəriyyəti öz İT büdcələrini təkrar gözdən keçirməli olacaq", – deyə “IDC Financial Insights”-in vitse-prezidenti Jan Kapaçin bildirib. "Bununla belə müsbət hallar da var. Belə ki, Yaxın Şərq regionu maliyyə sektorunda texnoloji inkişaf baxımından güclü olaraq qalır”.


EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL