“Diablo 3” oyunu Tayvanlı gəncin ölümünə səbəb olub
“Diablo 3” oyununa sevgi 18 yaşlı Tayvanlı gəncin ölümünə səbəb olub. Çanq adlı gənc ötən cümə günündən bazar gününədək “Diablo 3” oyunundan 1 dəqiqə belə ayrılmayıb.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, internet-kafenin əməkdaşı bazar günü oğlanı stolda yatmış vəziyyətdə görüb.
Çanqı oyatdıqda o, bir neçə addım atdıqdan sonra özündən gedib. Həkimlər oğlana kömək edə bilməyiblər və ölümün səbəbi həddindən artıq yorulma kimi qeyd edilib. Çanq “Diablo 3” oyunu arxasında fasiləsiz olaraq təxminən 40 saat keçirmşdi.“Blizzard”-ın əməkdaşları artıq Çanqın qohumlarına və dostlarına başsağlığı veriblər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL