Poçtun sürətli pul köçürmə sisteminə qoşulması istiqamətində işlər davam etdirilir
Cari ilin 6 ayı ərzində “Azərpoçt” MMC-nin xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, 8 ədəd poçt şöbəsi (PŞ) binası tikilib, eyni zamanda, 10 ədəd inzibati və 8 ədəd PŞ binasının cari və əsaslı təmir işləri başa çatdırılıb və yeni 9 PŞ istifadəyə verilib.
Poçt şöbələri tərəfindən maliyyə xidmətlərinin göstərilməsi məqsədilə Milli Bankdan 976 ədəd icazə alınaraq, MMC-nin əksər məntəqələrində 1054 ədəd bank hesabları açılıb. Bundan başqa, xarici banklarda- “Citybank”, “Raifaizenbank” və Rusiyanın “Sberbank”ında artıq müxbir hesablar açılıb. Qeyd edək ki, “MasterCard”a qoşulma prosesi başa çatdırılıb.
Ümumilikdə Bakı şəhərində 7 ədəd, Gəncə şəhərində 3 ədəd ATM- bankomat alınaraq müştərilərin istifadəsinə verilib. BTRİB istisna olmaqla bütün rabitə müəssisələrinin cari hesablarının “Azərpoçt” MMC-nin tabeli Poçt Filialında (PF) açılması və bu hesablar üzərindən aktiv əməliyyatların aparılması təmin edilib.”Miqom”, “Zalataya karona” və “Kaspiyan Money” transfer ödəniş sistemlərinə qoşulma ilə bağlı müqavilə bağlanılıb və yaxın zamanda qeyd edilən ödəniş sistemləri üzərindən pul köçürmələrinin aparılmasına başlanacaq.
Qeyd edək ki, “Azərpoçt” MMC-yə məxsus 63 PF-dan 62-si “Western Union” pul köçürmələri sisteminə qoşulub. Hazırda Xızı PF-nin qoşulması üçün işlər aparılır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL