waplog

Xidmət keyfiyyəti yüksəldikcə şikayətçilərin sayı azalır


Əhaliyə göstərilən xidmətlərdə problemlərin yaranmasının qarşısının alınması və vətəndaşların müraciətlərinin daha da operativ həll olunması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) diqqət mərkəzindədir. Bu məqsədlə RİTN-də yaradılmış “Qaynar xətt” telefon mərkəzinə və elektron poçt ünvanına daxil olan hər bir məlumat və sorğu aidiyyəti üzrə araşdırılır və vətəndaşa məlumat verilir.

 Bu sahədə aparılan işlərin nəticəsidir ki, cari ilin 6 ayı ərzində vətəndaşlardan birbaşa RİTN-ə daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 388 ədəd azalaraq 1229 ədəd təşkil edib.

Həmçinin, 6 ay ərzində vətəndaşlardan “qaynar xətt”ə 2104 ədəd müraciət daxil olub ki, bundan sorğu xarakterli 721 müraciət üzrə müvafiq cavablandırma və zəruri izahatlar verilib, qalan 1383 müraciətdən 1302-si müsbət həll olunub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL