“AMD” hesabat verib
Dünyanın ikinci ən böyük mikroprosessor istehsalçısı “AMD” (Advanced Micro Devices) şirkəti rüblük mənfəətin 40 faiz azalması haqqında məlumat verib. Şirkət, həmçinin qeyd edib ki, cari rübdə də mənfi nəticə gözləyir, çünki onun mikroprosessorlarına tələbat azalıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, son iki rübdə yarımkeçirici məhsula tələbat qlobal iqtisadi dəyişikliklər, həmçinin kompyuter quraşdırıcıları və satıcıları tərəfindən sifariş həcmlərinin azalması fonunda aşağı düşüb. “AMD” şirkətinin nümayəndələri bildiriblər ki, Çin və Avropa bazarlarında sifariş həcmi azalıb.
Şirkətin prezidenti Rori Rid bildirib ki, “AMD”-nin biznesi rübün sonuna yaxın fərdi kompyuterlərdə istifadə edilən prosessorlara azalan tələbat fonunda geriləyib.
“AMD” ikinci rübdə 37 milyon dollar həcmində mənfəət və ya 1 səhm üçün 5 sent qazanıb. Müqayisə üçün bildirək ki, şirkət 2011-ci ilin ikinci rübündə 61 milyon dollar həcmində mənfəət və ya 1 səhm üçün 8 sent əldə edib. Şirkətin satış həcmi 10 faiz azalaraq 1,41 milyard dollar təşkil edib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL