waplog

Parisdə Azərbaycanın mədəni irs abidələrinin nüvə texnologiyaları vasitəsilə araşdırılması müzakirə olunub


Azərbaycan alimi, AMEA Radiasiya Problemləri İnstitutunun şöbə müdiri Dinara Abbasovanın "UNESCO" tərəfindən keçirilən 21-ci "Radiokarbon" beynəlxalq konfransında iştirakı ilə bağlı Parisə səfəri zamanı Fransanın "WIN" (women in nuclear) Assosiasiyasının prezidenti Dominik Mouillot və Luvr muzeyi "Tədqiqat və araşdırma Mərkəzi"nin direktoru Maria-Felomena ilə də görüşüb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının məlumatında deyilir.

Görüş zamanı Azərbaycanın mədəni irs abidələrinin nüvə texnologiyaları vasitəsi ilə öyrənilməsi üzrə birgə elmi araşdırmaların aparılması müzakirə olunub.Xatırladaq ki,  D.Abbasova Ümumdünya "WIN" Assosiasiyasında Azərbaycanın rəsmi nümayəndəsidir.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL