Regionlarda genişzolaqlı internet istifadəçilərinin sayı artıb
Rayon telekommunikasiya qovşaqlarında genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı ümumilikdə 86805-ə çatıb. Bu barədə “Aztelekom” İB-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu ilin əvvəli ilə müqayisədə 35073 istifadəçi və ya 67,7% artım deməkdir.
Artım “Aztelekom.net” şəbəkəsində 21163 istifadəçi və ya 2,1 dəfə təşkil edib. Ay ərzində göstərilən genişzolaqlı internet xidmətlərinin həcmi 684,3 min manat təşkil edib, ilin əvvəli ilə müqayisədə 278,3 min manat və ya 68,5% artıb.
Son 6 ayda birlik üzrə genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 16,6% olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövründə bu göstərici 5,6% təşkil edib.Qeyd edək ki, “Aztelekom”İB hər bir ev üçün genişzolaqlı internet layihəsi uğurla davam edir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL