waplog

"Elektron hökumət»in qurulması biznes-dövlət əlaqələrinin yaradılmasında mühüm rol oynayır


Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki,  «Elektron hökumət» dedikdə, dövlət qurumlarının İKT-dən geniş istifadə edərək öz fəaliyyətlərini qurmaları başa düşülür.

“Bu baxımdan artıq biznesin elektron bəyannamələri, elektron statistika hesabatları, elektron gömrük bəyannamələrinin və digər sənədlərin internet vasitəsilə təqdim etmək imkanları yaranır. Bunun özü biznes qurumlar üçün yaxşı bir imkan və ya şəraitdir”.

Bundan başqa, o qeyd edib ki, biznes qurumları bu elektron xidmətlərin yaradılması və fəaliyyətlərində istifadə edilməsini çox geniş surətdə tətbiq edə bilərlər. Bu xüsusilə də dövlət orqanlarının göstərdiyi xidmətlərin elektron şəkildə təqdim olunmasına aiddir.

“Başqa sözlə «elektron hökumət»in qurulması həm biznes-dövlət əlaqələrinin yaradılmasında, həm hesabatların təqdim edilməsində, rüsumların ödənilməsində, hətta ödənişlərin də həyata keçirilməsində mühüm rol oynayır.

Digər tərəfdən, sahibkarlar dövlət qurumlarından öz fəaliyyətləri barədə lazım olan müxtəlif sənədlərin doldurulmasında bu elektron xidmətlərdən yararlana bilərlər.

Məsələn, ölkədən kənara çıxan hər hansı biznesmen özü ilə apardığı valyuta məbləğini elektron bəyan edə bilər. Bununla da aeroportda deklarasiya doldurmağa ehtiyac qalmaz və s.

Nəticədə «Elektron hökumət»in yaradılması və elektron xidmətlərin geniş tətbiqi biznesin işini asanlaşdırmağa, onun digər biznes subyektləri və dövlətlə əlaqələrinin sadələşdirilməsinə kömək edəcək, sonucda biznesin daha da inkişafına şərait yaradacaq”.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL