Elektron kitabların populyarlığı artır
Amerika Naşirlər Assosiasiyası ABŞ-da 2011-ci il üzrə elektron kitabların satış həcmini qiymətləndirib.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, elektron kitablara tələbat artır.
2011-ci ildə bu bazarın həcmi 2,07 milyard dollar təşkil edib və bu nəticə 2010-cu illə müqayisədə 140 faiz çoxdur. Belə ki, o zaman satışların həcmi 869 milyon dollara bərabər idi.
1 il ərzində elektron kitab surətlərinin sayı 2 dəfə artaraq 388 milyon təşkil edib.Bütovlükdə ənənəvi çap nəşrləri daxil olmaqla Amerika ədəbiyyat bazarının həcmi 2011-ci ildə təxminən 14 milyard dollar təşkil edib.
Elektron kitablarla yanaşı onları oxumaq üçün istifadə edilən qurğuların populyarlığı da sürətlə artır. "Gartner" analitik şirkətinin hesablamalarına görə, 2011-ci ildə dünyada müxtəlif proqram-aparat platformalarında işləyən təxminən 60 milyon planşet satılıb.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL