waplog

Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması üzrə işlər yekunlaşır


2012-ci ilin I yarımilliyində daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrubəsinin tətbiqi məqsədi ilə informasiya sistemlərinin  və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazlarların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər davam etdirilib.

"Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin Yaradılması" layihəsi çərçivəsində işlər davam etdirilib. Avqust ayının sonuna işlərin yekunlaşdırılması nəzərdə tutulur. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumatda həmçinin bildirilir ki, ötən müddətdə daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib. Belə ki, dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası davam etdirilib.

Daşınmaz əmlak obyektlərinin, o cümlədən dövlət torpaq sahələrinin qorunub saxlanması və mühafizəsi məqsədi ilə 26749 ədəd daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazası yaradılıb, kadastr planları tərtib edilib.

"Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi" məqsədi ilə 31 oktyabr 2011-ci il tarixdə imzalanmış satınalma müqaviləsi əsasında Sumqayıt şəhəri üzrə daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi işləri icra edilir.

Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi məqsədi ilə tender elan olunub, hazırda tender təkliflərinin qiymətləndirilməsi işləri yekunlaşdırılmaq üzrədir.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL