“EMEA” regionunda fərdi kompyuter tədarüklərinin həcmi artıb
“IDC” analitik şirkətinin məlumatına görə, “EMEA” (Avropa, Yaxın Şərq, Afrika) regionuna fərdi kompyuter (FK) tədarüklərinin həcmi 2012-ci ilin ikinci rübündə 9,1 faiz artaraq 21,1 milyon təşkil edib. Nəticə analitiklərin proqnozundan yüksək olub.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Qərbi Avropa regionuna FK tədarüklərinin həcmi 4,1 faiz təşkil edib. Yaxın Şərq və Afrika regionuna FK tədarüklərinin həcmi isə 4,8 faiz artıb. Digər tərəfdən, “CEE” (Mərkəzi və Şərqi Avropa) regionunda tədarük həcmi 25,1 faizə bərabər olub.
“CEMA” (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionuna FK tədarüklərinin həcmi 2012-ci ilin ikinci rübündə 15,2 faiz artaraq 12 milyon təşkil edib.
19,2 faiz bazar payına malik olan “Hewlett-Packard” şirkəti “EMEA” regionunda liderliyini qoruyub saxlayıb. İkinci yerdə 15,5 faiz bazar payına malik “Acer” şirkəti qərarlaşıb. Üçüncü yerdə isə 10,9 faiz göstərici ilə “Asustek” şirkətidir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL