waplog

Günəş köşkü Afrika kəndlərini elektriklə təmin edəcək


2012-ci il iyulun 15-də Efiopiyada, Lanqani gölü yaxınlığında  rəsmi şəkildə birinci “SolarKiosk” işə salınıb. Bu, adi ticarət köşküdür, lakin o, günəş enerjisi istifadə edir. Adətən inkişaf etməkdə olan ölkələrdə elektrik şəbəkələrinin lazımlı miqdarda olmaması səbəbindən dizel generatorlarından istifadə edirlər. Lakin bu zaman yanacağa çox pul xərclənir, həmçinin onlar ətraf mühiti çirkləndirir.

“ICTnews.az” elektron xəbər xidməti “http://it-news-world.ru/”  saytına istinadən bildirir ki, Almaniyanın “Graft architects” şirkəti bu problemin həlli üçün alternativ enerji mənbələrindən istifadə etməyə qərar verib.

Belə ki, köşk enerjini damında quraşdırılmış panellərdən əldə edəcək. Beləliklə, Yer kürəsində elektrik enerjisi mənbələrindən daimi istifadə edə bilməyən 1,5 milyarddan çox insan üçün günəş köşkü mobil telefon, kompyuter və s. enerjilə doldurulma mərəzinə çevrilə bilər. Bundan əlavə, köşkə soyuducunu da qoşmaq mümkün olacaq.

Köşklərdə, həmçinin icmanın bir neçə üzvü daimi olaraq işləyəcək. Onlar üçün günəş batareyalarından necə istifadə etmək və köşkdə  gündəlik işlərlə məşğul olmaq kimi maarifləndirici proqramlar nəzərdə tutulub.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL