2011-ci ildə 1,8 zettabayt rəqəmli informasiya istehsal olunacaq
İDC və EMC şirkətlərinin birgə tədqiqat məlumatlarına əsasən, 2011-ci ildə bütün dünyada 1,8 zettabaytdan çox informasiya istehsal olunacaq. 1,8 zettabayt – bu, 1,8 trilyon qiqabayt məlumat deməkdir. Şirkətlər alınmış nəhəng informasiya massivini "rəqəmli kainat" adlandırırlar və onların məlumatlarına görə, 2011-ci ildə bu massiv bütün əsas istiqamətlər üzrə - biznes-məlumatlar, multimedia, istifadəçi məlumatları və digərləri üzrə artacaq. Şirkətlərin hesabatında bildirilib ki, müasir cəmiyyət ildən -ilə daha çox informasiya yaradır. Digər tərəfdən isə istehsal edilən informasiya unikal detallaşdırma üzrə imkanlar meydana çıxarır.
Növbəti ongünlük ərzində bütün dünya üzrə işləyən serverlərin sayı 10 dəfə artacaq. Dünya üzrə məlumat mərkəzlərində yerləşdirilən idarə olunan informasiyanın həcmi 50 dəfə, server və kompyuterlərdə fərdi faylların miqdarı ən azı 75 dəfə də artacaq. Eyni zamanda, bu informasiya axınlarını idarə edən İT-peşəkarların sayı isə yalnız 1,5 dəfə artacaq".
Analitiklər bildiriblər ki, artan informasiya ehtiyacları fonunda virtual və “bulud” mühitlərinin yaradılmasında ixtisaslaşdırılan məlumat mərkəzlərinin sayı da artmağa davam edəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL