“Cisco” şirkəti təxminən 1300 əməkdaşını ixtisar edəcək
Ən böyük şəbəkə avadanlığı istehsalçısı olan “Cisco Systems” şirkətdə aparılacaq dəyişikliklər çərçivəsində təxminən 1300 iş yerini ixtisar edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, şirkətdə aparılacaq ixtisarların məqsədi onun strukturunu sadələşdirmək və dünyanın bəzi ölkələrində biznesin daha effektiv idarəsinə nail olmaqdır.
2012 maliyyə ilinin III rübünün sonuna olan məlumata əsasən, şirkətdə 65 mindən çox insan çalışıb.
“Cisco” ötən il illik xərclərini 1 milyard dollar azaltmaq üçün həyata keçirilmiş proqram çərçivəsində təxminən 6,5 min əməkdaşının çıxarılması planı haqqında elan etmişdi. İşdən azad edilmiş əməkdaşların sırasına şirkətin top-menecerlərinin təxminən 15 faizi düşmüşdü.
“Cisco”-nun xalis mənfəəti 2012-ci ilin üçüncü rübündə ötənilki göstərici ilə müqayisədə 20 faiz artıb və 2,2 milyard dollar təşkil edib.
“Cisco Systems” – Amerikanın şəbəkə avadanlığı hazırlayan və satan şirkətidir. Qərargahı San-Xose (Kaliforniya ştatı) şəhərindədir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL