waplog

Seul şəhərində 31 oktyabr - 3 noyabr tarixlərində elmi-texnoloji forum keçiriləcək


Seul şəhərində 31 oktyabr - 3 noyabr 2012-ci il tarixlərində elmi-texnoloji forum keçiriləcək. “The Plaza Hotel Seoul, Korea”-da keçiriləcək tədbirin təşkilatçıları Koreya Fundamental Elm və Texnologiyalar üzrə Araşdırma Şurası, Koreyanın Elmi-Texnoloji İnstitutu və Elmi-Texnoloji Strategiyalar İnstitutudur.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, forum Təhsil, Elm və Texnologiya Nazirliyi, “Maeil” biznes qəzeti, Koreya beynəlxalq əməkdaşlıq xidməti tərəfindən maliyyələşdiriləcək: “Seulda keçirilən elmi-texnoloji forum 2010-cu ildən “Planetin yaşıl artımı üçün ictimai elmi-tədqiqat institutlarının beynəlxalq əməkdaşlığı” mövzusu ilə başlayıb.

Forum bütün dünyada ictimai elmi-tədqiqat institutlarının müvafiq rolunu və qlobal yaşıl artım üçün dünyanın aparıcı ictimai elmi-tədqiqat institutları arasındakı beynəlxalq əməkdaşlığın müvafiq vasitələrini müəyyən etməyə çalışırdı. 2012-ci ildə Seulda keçirilən elmi-texnoloji forum həyat qabiliyyətli, davamlı qlobal inkişafa yardım və Yer kürəsinin daha da yaşıl planetə çevrilməsi üçün inkişaf etmiş ölkələrdə innovasiya imkanlarının yaradılmasında əsas rol oynayır”.

Onu da qeyd edək ki, EİM-in fəaliyyətinin əsas istiqamətləri Azərbaycanda elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların toplanması və məlumat bazasının yaradılmasıdır.

Bundan başqa, EİM-in əsas vəzifələrinə elmtutumlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və innovasiyalarının öyrənilməsi, informasiya, innovasiya və texnologiyaların mübadiləsi sahəsində beynəlxalq əlaqələr yaratmaq və inkişaf etdirmək, elmi-texniki nailiyyətlər sahəsində informasiya və təcrübə mübadiləsini təşkil etmək və aparmaq, respublikada elmin inkişaf istiqamətlərinin, elmi-tədqiqat işlərinin, innovasiya layihələrinin, elmi kadr potensialının ekspertizası, təhlili və proqnozlaşdırılması, marketinqin aparılması, müxtəlif elm sahələri üzrə ümumiləşdirilmiş fondların yaradılması və yayılması, respublikada və xaricdə elm və innovasiya nailiyyətlərinə həsr edilmiş ənənəvi və “elektron” dövri elmi-praktiki nəşrlərin hazırlanması, buraxılışı və yayılması, respublikanın ümumi elmi-texniki informasiya şəbəkəsinin yaradılması və s. daxildir.


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL