“iPad” planşet kompyuterinin satış həcmi rekord qırıb
“Apple” şirkəti iyunun 30-da bitmiş 2012 maliyyə ilinin üçüncü rübü üzrə hesabat verib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti 3 ay ərzində təxminən 35 milyard dollar mənfəət əldə edib. Bu nəticə ötənilki ilə müqayisədə 23 faiz çoxdur.
Şirkətin xalis mənfəəti 1 il ərzində 7.3 milyard dollardan 8.8 milyard dollara qədər artıb; 1 səhmin qiyməti 9.32 dollar təşkil edib.
“Apple” korporasiyası rüb ərzində təxminən 17 milyon ədəd “iPad” planşet kompyuteri satıb. Bu, rekorddur. Müqayisə üçün: bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz çoxdur. “iPhone” smartfonlarına tələbat 28 faiz artaraq 26 milyon təşkil edib. Şirkət 4 milyon ədəd “Mac” fərdi kompyuteri satıb. “İpod” pleyerlərinin tədarük həcmi 10 faiz azalaraq 6.8 milyon təşkil edib.
“Apple”-ın direktoru Tim Kuk şirkətin gələcək məhsulları haqqında gəzən saysız-hesabsız şayiələrlə bağlı şərh verib: "Biz planlarımızı gizli saxlamaq üçün çox çalışırıq. Lakin bu, insanları ehtimallar uydurmaqdan saxlamır. Mən heç nəyi dəyişməyə hazırlaşmıram. Mən insanların şirkətin növbəti məhsulunu gözləmələrindən xoşbəxtəm".
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL