waplog

Yeni sistem insanları yerişindən müəyyən edəcək


Amerikanın Karneqi-Mellon Universitetinin əməkdaşları insanların eyniləşdirilməsi üçün daha bir texnologiya hazırlayıblar. “BioSole”  adlı yeni skaner insanları ayaq izlərinə görə müəyyən edir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, konstruktorlar belə eyniləşdirmə metodunun çox sadə və rahat olduğunu əmin ediblər. “BioSole” skanerinin necə işləməsi dəqiqləşdirilmir, lakin onun insanları cəmisi 3 addımdan 99 faiz dəqiqliklə düzgün eyniləşdirdiyi məlumdur.

Bundan əlavə, yalnız pəncənin forması təhlil edilmir, belə ki, əgər skanerden yad çəkmədə olan insan keçərsə, təhlükə siqnalı işə düşəcək.

“BioSole” skanerinin yaradıcıları onun təcrübədə tətbiqi üçün xeyli  imkanlar olduğunu düşünürlər. Onu ofis, mağaza, avtodayanacaq və s. yerlərdə quraşdırmaq olar. Bununla belə, qurğu hələ ki yalnız prototip şəklində mövcuddur, hələ ki heç bir şirkət onun ticarət versiyasının istehsalı ilə maraqlanmayıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL