waplog

“Dahi Azərbaycan şairi Nizami Gəncəvi” adlı elektron Məlumat Bazasının yaradılması prosesi davam etdirilir


Respublika prezidentinin “Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən, AMEA Mərkəzi Elmi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkirinin zəngin irsinin təbliği və tədqiqi sahəsində uzunmüddətli proqram həyata keçirilir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Mərkəzi Elmi Kitabxanadan (MEK) məlumat verilib. MEK-dən bildirilib ki, Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır: “Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir.

Bu baxımdan, hazırda kitabxanada “Nizamişünaslıq” biblioqrafik göstəricisinin hazırlanmasına başlanılıb. “Dahi Azərbaycan şairi  Nizami Gəncəvi” adlı elektron Məlumat Bazasının yaradılması prosesi davam etdirilir. Bundan başqa, yubiley günlərində kitabxanada dahi şairin həyat və yaradıcılığına həsr olunmuş fundamental, ənənəvi və virtual sərginin təşkili də nəzərdə tutulub”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL