ARDDA-ya məxsus e-xidmətlər “Elektron hökumət” portalına əlavə edilib
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) “Elektron hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulub. Belə ki, Administrasiyanın təqdim etdiyi 5 elektron xidmət portala inteqrasiya edilib. Bu barədə “ICTnews” elektron xəbər xidməti “www.ehdis.az”a istinadən məlumat verir.
Bununla da artıq Azərbaycan Respublikasının dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin, dənizçilərə sertifikatların (diplomların), dənizçinin şəxsiyyət sənədinin və dənizçinin qeyd kitabçasının, gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin və sertifikatın (diplomun) Dövlət Dəniz Administrasiyası tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu elektron qaydada həyata keçiriləcək.
Xatırladaq ki, dövlət orqanlarının informasiya resursları arasında mübadilənin və şəbəkələrin qarşılıqlı fəaliyyətinin təşkili, dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə nazirlik və komitələr daxil olmaqla, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara müraciət edə bilməsinə imkan verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 3.2 və 3.3-cü bəndlərinin icrası ilə əlaqədar olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən dövlət orqanlarının “Elektron hökumət”in Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulması prosesi həyata keçirilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL