Naxçıvan rabitəçiləri birinci yarımilə uğurla yekun vurublar
Naxçıvan Muxtar Respublikası (MR) Rabitə və İnformasiya Texnologiyaları (RİTN) Nazirliyində 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiyada Naxçıvan MR RİTN və ona tabe müəssisələr üzrə 2012-ci ilin birinci yarısında bütün sahələrdə görülmüş işlər barədə çıxışlar dinlənilib.
Qeyd olunub ki, bu dövrdə nazirliyin tarif gəliri 2 milyon 908 min 360 manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 315 min 516 manat artıq gəlir əldə edilib.
Muxtar Respublikanın şəhər və rayon mərkəzləri arasında fiber-optik kabellə rabitənin və avtomat telefon stansiyalarının optik arabağlantılarla təşkili ilə əlaqədar işlər davam etdirilib. Bu işlərin yerinə yetirilməsi üçün ötən 6 ayda 64 min 105 metr fiber-optik kabel istifadə olunub.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanı ilə RİTN-ə həvalə edilən vəzifələrin icrası ilə bağlı 73 icra hakimiyyəti orqanı üçün internet səhifəsi hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib.
Həmin Fərmanın icrasını təmin etmək məqsədilə Naxçıvan MR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, RİTN tərəfindən 33 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilmiş, elektron xidmətlər haqqında məlumatlar həmin orqanların internet saytlarında yerləşdirilib.
Nazirliyin ünvanına 6 ayda 100 min 506 kiloqram çəkidə poçt göndərişi və bağlama daxil olub. Pul baratlarının ödənişi 4 milyon 378 min 647 manat, qəbulu 3 milyon 41 min 61 manat təşkil edib. Maniqramlardan yığılan rüsum 84 min 54 manat olub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL