"TeliaSonera"nın Azərbaycan bazarında satış həcmi 20 faiz artıb
Azərbaycan bazarında yanvar-iyun aylarında "TeliaSonera" şirkətinin satış həcmi ötən ilin analoji göstəricisi ilə müqayisədə 20 faiz artıb. Bu barədə şirkətin ilin birinci yarısı üzrə hesabatında deyilir.
Şirkətin Azərbaycanda satışdan əldə edilən xalis gəliri yerli valyutada 1639 milyon İsveç kronundan 1968 İsveç kronunadək artıb.
Şirkətin yerli valyutada gəlirlərinin artımı ikirəqəmli qalıb, halbuki vergi və amortizasiya ödənişləri (EBITDA marja) 50 faizdən çox səviyyədə olub.
"TeliaSonera"nın 74 faiz paya sahib olduğu "Fintur Holdings B. V"nin Azərbaycanın mobil rabitə operator olan "Azercell" şirkətində iştirak payı var.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, manatın İsveç kronuna nisbətdə məzənnəsi iyulun 26-da 0,1126 manat təşkil edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL