waplog

Yerli mobil operatorun dəstəyilə Elm və Texnologiya Sahibkarlığı Proqramının növbəti mərhələsi keçirilir


Xəzər Universitetində Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində gənc sahibkarlar üçün seminar keçirilir.  Bu proqram “Azercell Telekom” MMC, “Barama” İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən təşkil olunub.

Proqramın əsas məqsədi Azərbaycanda sahibkarlıq mədəniyyətini təşviq etmək,  ölkədə texnologiya sahəsindəki sahibkarlığı dəstəkləməkdən ibarətdir. Layihə çərçivəsində iştirakçılar informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekoloji) texnologiyalar sahəsində özlərinin biznes ideyalarını təqdim edərək qrant qazanmaq və öz biznesini qurmaq imkanı əldə edəcəklər.

ETSP-in birinci mərhələsində 36 layihə qəbul edilib. Təqdim olunan biznes təşəbbüslərinin əksəriyyəti informasiya texnologiyaları, 9-u mobil texnologiyalar və 2-si yaşıl texnologiya sahəsinə aid olub. Xəzər Universitetində baş tutan ikigünlük tədbirdə növbəti “Startup Generator” mərhələsinə vəsiqə qazanan layihələrin təqdimatı və iştirakçılar üçün seminar keçirilir.

Tədbirdə  ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun nümayəndələri, həmçinin ABŞ-dan olan müstəqil ekspertlər informasiya texnologiyaları sahəsinə aid müxtəlif hesabatlarla çıxış edir, öz təcrübələrini bölüşürlər. Mütəxəssislər iştirakçılarla mütəmadi çalışaraq, layihələrin təkmilləşdirilməsində onlara dəstək olacaqlarını bildiriblər. Tədbirin sonunda ən yaxşı təqdimat keçirmiş layihə iştirakçılarına hədiyyə olaraq pul mükafatları və sertifikatlar təqdim olunacaq.

Proqram çərçivəsində bütün iştirakçılar üçün bu cür seminar və təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərin məqsədi iştirakçılara öz ideyalarının reallaşmasında yardım göstərmək, o cümlədən onların biznes strategiyası haqqında biliklərini artırmaqdır.

Bu ilin dekabrında baş tutacaq yekun mərhələdə seçilmiş komandalar artıq  öz təkmil biznes ideyalarını beynəlxalq hakimlərə təqdim edəcək. Qaliblərə 1 ədəd 20 min ABŞ dolları, hər biri 15 min  ABŞ dolları olmaqla 2 qrant və 1 ədəd 10 min dollar  dəyərində ABŞ-a “Səyahət Qrantı” təqdim olunması nəzərdə tutulur.

“Azercell Telekom” MMC gənclərə öz ideyalarını reallaşdırmaq üçün daim imkanlar yaradıb. “Barama” İnnovasiya Mərkəzində il boyunca  mütəmadi olaraq istedadlı gənclərin biznes təşəbbüsləri qəbul edilir. ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu qrantlar, texniki resurslar və təlimlər vasitəsi ilə  beynəlxalq elmi və texniki əməkdaşlığa yardım etmək məqsədilə 16 il boyunca 30-dan çox Avrasiya, Orta Şərq, Şimali Afrika ölkələrində texnoloji layihələrin keçirilməsində təcrübəyə malikdir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL