waplog

“Western Digital” şirkəti rekord nəticə göstərib


“Western Digital” (WD) şirkəti dördüncü rüb və 2012 maliyyə ili üzrə fəaliyyət göstəricilərini dərc edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, sərt disk bazarının bərpası fonunda “Western Digital” şirkəti rekord nəticə göstərib. İllik mədaxil təxminən 33 faiz artaraq 12,5 milyard dollar, xalis mənfəət isə 2 dəfədən çox artaraq 1.6 milyard dollar təşkil edib.

Şirkət 2012 maliyyə ilinin son rübündə 4,8 milyard mədaxil və 745 milyon xalis mənfəət əldə edib. 1 il əvvəl bu göstəricilər müvafiq olaraq 2,4 milyard dollar və 158 milyon dollara bərabər olub.

Sərt disklərin rüblük satış həcmi 53,8 milyondan 71 milyona qədər artıb. “Western Digital” şirkətinin 3 ay ərzində “Seagate” ilə müqayisədə bazara təxminən 5 milyon çox daşıyıcı tədarük etdiyi bildirilib.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL