Azərbaycanda kompyuterlə idarəetmə sisteminə malik ən müasir suvarma sistemləri quraşdırılacaq
Azərbaycanda kompyuterlə idarəetmə sisteminə malik ən müasir damcılı suvarma sistemləri quraşdırılacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatıb: “Bakı və onun ətrafında 4 milyondan artıq ağac əkilib, bu iş daha geniş ərazilərdə həyata keçirilməkdədir. Artıq Hövsan ətrafında əvvəlki illərdə salınmış 200 hektar zeytun üstünlük təşkil edən qarışıq əkinlərə əlavə olaraq 300 hektar ərazidə zeytun massivləri salınıb və 97-98 faiz bitiş təmin olunub.
Hazırda həmin ərazilərdə və eyni zamanda Bakı-Quba magistral avtomobil yolunun Zeynalabdin Tağıyev-Zabrat qəsəbələrarası ərazidə 350 hektarda, Bakı-Şamaxı magistral avtomobil yolunun Müşfiqabad qəsəbəsi-Çaylı kəndarası ərazidə 223 hektar, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsində 450 hektar, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 250 hektar sahədə kompyuter ilə idarəetmə sisteminə malik ən müasir damcılı suvarma sistemlərinin quraşdırılması üçün avadanlığın Azərbaycana gətirilməsi prosesi sürətlə gedir. Nəticədə 160 kilometrdən çox yol boyu əraziləri əhatə edən bir şəbəkə yaradılacaq”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL