waplog

Smartfon bazarının həcmi 42 faiz artıb


2012-ci ilin ikinci rübündə 50,2 milyon smartfon tədarük edən “Samsung Electronics” korporasiyasının bazar payı 36.2 faiz  təşkil edib. Beləliklə, Cənubi Koreya istehsalçısı ən yaxın izləyicisi olan “Apple” şirkətini 2 dəfə qabaqlaya bilib. “Apple” şirkəti 26 milyon “iPhone” smartfonu satıb və bazar payı 16.9 faiz təşkil edib.

1 il ərzində “Apple” tədarük həcmini 27,5 faiz, “Samsung” isə 172,8 faiz artırıb. “IDC” analitik şirkəti bildirib ki, vəziyyət yeni “iPhone” smartfonunun istehsalı ilə əsaslı şəkildə dəyişə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Nokia” ticarət markası altında istehsal olunan  smartfonların tədarük həcmi 2012-ci ildə 10.2 milyon təşkil edib.

Nəticədə Finlandiya istehsalçısı üçüncü yerdə qərarlaşıb və onun bazar payı 6,6 faiz olub. “HTC” (5,7 faiz) və “ZTE” (5,2 faiz) şirkətləri dördüncü və beşinci yerləri bölüşdürüblər.2012-ci ilin aprel-iyun ayları ərzində smartfonların tədarük həcmi 153,9 milyon ədəd təşkil edib.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL