Fərdi sahibkarların elektron qeydiyyat sistemi müsbət nəticələr verir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı biznesin qeydiyyatı prosesi sahəsində son illərdə aparılan radikal dəyişikliklərdən biri ötən ildən tətbiqinə başlanılmış fərdi sahibkarların elektron qeydiyyat sistemidir. Həyata keçirilən işlər nəticəsində sistem öz müsbət nəticələrini verməkdədir.
Belə ki, 2012-ci ilin birinci yarısında qeydiyyatdan keçmiş 34.373 fərdi sahibkardan 22.624-nün (65,8 faizi) elektron qaydada təqdim etdiyi ərizəyə əsasən VÖEN verilib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, cari ildən bir sıra qanunvericilik aktlarına dəyişiklik edilərək yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatına start verilib: “İyul ayının 1-dək 75 hüquqi şəxsin qeydiyyatı bu üsulla aparılıb.
Vergi orqanlarında qeydiyyata durmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçota alınması üçün vergi orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 360 şəxs Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən vergi uçotuna alınıb”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL