“Mənə nə qədər kredit düşür” sualına indi hər
“Bank of Baku” müştərilərin geniş yayılmış “Mənə nə qədər kredit düşür” sualını cavablandırmaq üçün yeni SMS xidmətini işə salıb.
Bankdan verilən məlumata görə, 8145 nömrəsinə müvafiq ismarıc göndərməklə bankın yeni və təkrar müştəriləri təklif olunan kredit şərtlərini, “Dostlar klubu” çərçivəsində hansı növ imtiyaz kartı ala biləcəklərini və bonus məbləğini öyrənə bilərlər.
Beləliklə, “Bank of Baku”dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını yazıb 8145-ə SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər.
“Bank of Baku”nun daimi müştəriləri “Dostlar klubu”nun hansı kartına (brilyant, qızıl, gümüş) sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə “Dost, boşluq, 6 rəqəmli müştəri kodu”nu yazıb 8145-ə SMS göndərə bilərlər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL